Ukrayna Prezidenti Vladimir Zelenski ukraynalı ekspertlər və hüquq-mühafizə orqanlarının əməkdaşlarından ibarət təyyarəni İrana qəza yerinə göndərib.
Zelenski bu qərarı hökumətin növbədənkənar iclasından sonra qəbul edib. Ekspert qrupunun tərkibinə Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin, Müdafiə Nazirliyinin, XİN-in, DİN-in, Ukrayna Təhlükəsizlik Xidmətinin , Dövlət Aviasiya Xidmətinin əməkdaşları daxil edilib.
Zelenski bu qərarda başlıca prioritetin “həqiqəti aydınlaşdırmaq və bu dəhşətli qəzaya görə cavabdeh olanları müəyyənləşdirmək” olduğunu bildirib.
Qeyd edək ki, Ukraynaya məxsus “Boeing-737” təyyarəsi İmam Xomeyni hava limanında qəzaya uğrayıb. Nəticədə 176 nəfər həlak olub. (Qafqazinfo.az)