Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
SSRİ-nin 5 ən gözəl qızı... - Fotolar

SSRİ-də gözəl qızlar çox idi. Zarafat deyil, söhbət indi 15 ölkənin ərazisini əhatə edən böyük imperiyadan gedirdi.

Rusiya mətbuatında SSRİ-nin ən gözəl 5 qızını müəyyənləşdirməyə çalışıblar. Bizimyol.info rusların versiyasını sizə təqdim edir.

Lyubov Polişuk – Onu əminlikdə SSRİ kinosunun ulduzu adlandırmaq olar. Təkcə “12 stul” və “İnterqız” filmlərinin adlarını çəkmək kifayətdir. 2006-cı ildə vəfat edən Polişuk 100-dən çox filmdə çəkilib. SSRİ-də onun gözəlliyinə heç vaxt şəkk gətirməyiblər.

Lyubov Polişuk Lyubov Polişuk

İrina Alfyorova – Onu çoxlarımız tanıyırıq. SSRİ-də İrinaya eşq elan edən kişilərin sayı-hesabı yox idi. “D’Artanyan və üç muşketyor” filmindən sonra çox məşhurlaşmışdı. Martda 69 yaşını qeyd eləməyə hazırlaşır. Hələ də Rusiya kinosunda SSRİ-nin ən gözəl aktrisalarından birinə ehtiyac duyurlar.

İrina Alfyorova İrina Alfyorova

Viktoriya Fyodorova – SSRİ-də doğulub, ABŞ-da vəfat etmişdi. Gənclik şəkillərinin iki göz istəyir daim tamaşasında dursun. Onun təbəssümünü tərəf-müqabilləri heç vaxt unuda bilmirdilər. Özünə Amerika kinosunda da yer tapmağı bacarmışdı. Fotomodel kimi çox məşhurlaşmışdı.

Viktoriya Fyodorova Viktoriya Fyodorova

Alla Nazimova – Hələ Rusiya İmperiyası dövründə doğulmuşdu. Teatrda özündən çox söz etdirmişdi. Həm gözəl idi, həm də rollarının öhdəsindən məharətlə gəlirdi. İnqilabdan sonra okeanın o tayına üz tutmuşdu. Maraqlı fakt: Alla ABŞ-ın keçmiş prezidenti Ronald Reyqanın qızı Nensinin xaç anası olub.

Alla Nazimova Alla Nazimova

Natalya Varley – SSRİ-nin ən əsas idmançı qızı və komsomol üzvü sayılırdı. Rumıniyada doğulmuşdu, uşaqlığı Murmansk şəhərində keçmişdi. Əsli Uelsə gedib çıxırdı. Çox kişinin ağlını əlindən almağı bacarmışdı.

Natalya Varley Natalya Varley
Son xəbərlər
Bütün xəbərlər »