Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropa ölkəsinin qadın prezidenti Rusiya səfirliyinin hədiyyəsini geri qaytardı

Estoniya prezidenti Kersti Kalyulayd Rusiyanın bu ölkədəki səfirliyinin onun 50 illik yubileyi üçün göndərdiyi hədiyyəni geri qaytarmaq qərarına gəlib. O, Krım şampanından imtina edib.

Bizimyol.info xəbər verir ki, Rusiyanın Estoniyadakı səfirliyi Kalyulayda gül dəstəsi və şokolad qutusu da göndərib.

Kersti Kalyulayd Kersti Kalyulayd, Estoniya prezidenti

Qadın prezident bunları rədd etməyib, amma şampanı məqbul saymayıb. Rusiya mətbuatı hesab edir ki, Kalyulayd məhz Krım şampanını qıcıq doğuran predmet kimi qiymətləndirib.

Estoniya prezdenti son çıxışlarında Ukrayna probleminə çox toxunub. O, dəfələrlə Rusiyanın işğalçı siyasətini pisləyib. Kalyulayd az əvvəl Avropa prezidentlərini Ukraynanı Rusiyaya qarşı mübarizədə dəstəkləməyə çağırmışdı: “Bu iki ölkə arasındakı münaqişə deyil, biz aqressorla üz-üzəyik”.

Hərçənd, Estoniyada prezidenti məhz Rusiyaya görə az tənqid etmirlər. Məsələn, iki gün əvvəl ölkə parlamentinin spikeri Xenn Pılluaas dövlət başçısının Rusiya prezidenti Vladimir Putini fin-uqor xalqlarının ümumdünya konqresinə dəvətini pisləmişdi.

Kersti Kalyulayd 1969-cu il dekabrın 30-da Tartu şəhərində doğulub. 1920-ci ildə məhz burada Rusiyanın Estoniyanın torpaqlarının bir hissəsini ələ keçirməyə zəmin yaradan məşhur Tartu müqaviləsi bağlanmışdı. Yəni Rusiyanın işğalçı siyasəti Kalyulayd üçün həssas mövzudur.

Paylaş »
››› Gürcüstan Putinə "yaltaqlanması" nəticə vermədi: Kreml arxadan zərbəni endirdi
››› Rusiya cəmiyyətini diksindirən hadisə: "Ordu komandanlığının axmaqlığı ucbatından..."
››› Putin Lukaşenkonu niyə açıq savaşa çəkə bilmir... - Britaniya kəşfiyyatı
››› Kremlin "Çernobayevka macərası" və ya eyni yerdə 20 dəfə məğlub olmağın resepti
››› Putin sadəlövhdür, yoxsa ABŞ unutqan: NATO verdiyi vədi niyə pozub
››› Rusiya müharibədəki hədəflərini niyə dəyişib? - Sonun başlanğıcı
››› Ərdoğanın İsveçi cəzalandırması NATO-nu çətinə salıb
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »