Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Türk axını" qaz kəməri istismara verilib

Rusiya qazının Türkiyə və Avropaya nəqlini nəzərdə tutan "Türk axını" boru kəməri istismara verilib.

Açılış mərasimi İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiyanın dövlət başçısı Vladimir Putinlə yanaşı bır sıra ölkələrin yüksək səviyyəli hökumət nümayəndələrinin iştirakı ilə baş tutub.

Azərbaycanın Energetika naziri Pərviz Şahbazov da "Türk axını"nın açılış mərasimində iştirak etmək məqsədilə Türkiyədə səfərdədir.

Qeyd edək ki, "Türk axını" layihəsi üzrə tikinti işlərinə 2017-ci ildə başlanılıb. Sözügedən qaz kəmərinin Qara dənizdən keçən qoşa xəttinin uzunluğu 930 km-dir. Boru kəmərinin birinci xətti Türkiyə bazarı üçün, ikincisi isə Cənubi və Cənubi-Şərqi Avropa ölkələrinə qaz tədarükü üçün nəzərdə tutulub. Xətlərin hər birinin ötürücülük qabiliyyəti 15,75 mlrd. kubmetrdir.(apa)

Paylaş »
››› Gürcüstan Putinə "yaltaqlanması" nəticə vermədi: Kreml arxadan zərbəni endirdi
››› Şimali Koreyada pandemiya böyüyür: Günahkar tapıldı
››› Rusiya cəmiyyətini diksindirən hadisə: "Ordu komandanlığının axmaqlığı ucbatından..."
››› Putin Lukaşenkonu niyə açıq savaşa çəkə bilmir... - Britaniya kəşfiyyatı
››› Putin sadəlövhdür, yoxsa ABŞ unutqan: NATO verdiyi vədi niyə pozub
››› Kremlin "Çernobayevka macərası" və ya eyni yerdə 20 dəfə məğlub olmağın resepti
››› Rusiya müharibədəki hədəflərini niyə dəyişib? - Sonun başlanğıcı
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »