Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Səni axtarıram"da efirdən kənar: Nənəsi Nərminin əmisindən şübhələnir - Video

Noyabrın 21-də Tovuz rayonunun Dondar Quşçu kəndində itkin düşən on yaşlı Quliyeva Nərmin Şərif qızının ölümünün səbəbi və vaxtı müəyyən edilib. Onun yanmış cəsədi yanvarın 6-da axşam tapılıb.

Hüquq-mühafizə orqanlarından daxil olan məlumatda bildirilib ki, qız təxminən beş gün əvvəl öldürülüb. Mütəxəssislər N.Quliyevanın baş nahiyəsində dəmir alətlə vurulan zərbələr nəticəsində alınan beş xəsarət (bir yerdə kəllə sınıb) qeydə alıblar.

Bu arada qeyd edək ki, Nərminin nənəsi Minayə xanım "Səni axtarıram" verilişində nəvəsinin itməsində uşağın əmisini ittiham etmişdi. Əmi isə öz nəvbəsində nənədən şübhələndiyini dilə gətirmişdi. Sözgedən verilişin reklam fasiləsində çəkilmiş kadrları təqdim edirik. (ölkə.az)

Son xəbərlər
Bütün xəbərlər »