Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İran nüfuzunu qorumaq üçün yalan məlumatlar yayır"

İran televiziyasının məlumatına görə, İranın İraqdakı hərbi bazasına raket hücumu zamanı 80 ABŞ hərbçisi öldürülüb, 200 nəfər yaralanıb, həmçinin ABŞ-ın helikopterləri də daxil olmaqla hərbi texnikasına ağır zərbə vurulub.İranın ali dini rəhbəri Ayətullah Əli Xamneyi ABŞ hərbi bazasına raket zərbələrindən sonra xalqa müraciətlə çıxış edib. ABŞ isə insan tələfatının olmadığı barədə açıqlama verib.

O bildirib ki, hücum İran generalı Qasım Süleymaninin İraqda ABŞ aviasiyası tərəfindən öldürülməsinə cavab olaraq həyata keçirilib. Amma məsələnin qaranlıq məqamları da var.Bu məqamlara işıq tutmağa çalışırıq.

İlham İsmayıl İlham İsmayıl

Bizimyol.info-nun suallarını politoloq, Qarabağ müharibəsi veteranı, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq şöbə rəisi, polkovnik-leytnant İlham İsmayıl cavablandırır.

- İlham bəy, adətən dünyanın ən ucqar nöqtəsində bir ABŞ vətəndaşına zərər dəyirsə ABŞ az qala bütün təhlükəsizlik güclərini ayağa qaldırır, mütləq şəkildə böyük addımlar atılır. Dünən İranın raket zərbələri qarşısında Tramp hər şey yaxşıdır dedi.Adekvat cavab vermədi. Sual yaranır, ali dini liderin bəyanatı , verilən açıqlamalar İran publikasına hazırlanmış açıqlama idi?

- İran ərzisindən ABŞ bazalarına 13 raket atılıb və cəmi 2 nəfər ölüb. Bu İran hökumətinin öz xalqına söylədiyi yalandır. Məqsəd də həm dünya birliyi, həm də xalq qarşısında silkələnmiş etimadı, nüfuzu bərpa etməkdir.İran təcili bəyanat verdi ki, 80 nəfər ölüb. Bu əhalini aldatmaq üçün cahil kütləyə hesablanmış bəyanat idi. ABŞ təcili Təhlükəsizlik Şurasını topladı və Tramp da öz səhifəsindən yazdı ki, hər şey qaydasındadır. Amerika belə bir şey olsa təbii ki, dayanacaq deyildi. Bu İranın öz xalqını sakitləşdirmək üçün atdığı addım idi. İranın xarici işlər naziri Cavad Zərif bəyanat verdi ki, BMT-nin 51-ci maddəsinə əsasən, bu addımı atmağımız qanunidir və hesab edirik ki, qarşı tərəf bunu anlayacaq. Bu o deməkdir ki, “bizim nüfuzdan düşməyimizə imkan verməyin. Biz bunu etdik. Daha başqa addım atmayacağıq”. İran bilir ki vurduğu zərbənin ikiqat cavabını alacaq. ABŞ-da bunu başa düşür. İranın verdiyi informasiya yalandır. 13 raket atılıb, amma 80 nəfər ölməyib. Heç bir güclü ziyandan , zərərdən söhbət gedə bilməz. Bu saat İranın başı qarışıbdır. Nüvə silahlarının tədqiqatlarının aparıldığı ərazidə 4,6 bal gücündə zəlzələ olub, Ukrayna təyyarəsində ölənlərin çoxusu elə İran vətəndaşlarıdır.

- Sizcə bu zəlzələ və təyyarə qəzası planlaşdırılmış bir iş ola bilərdimi, yoxsa təsadüfdür?

- Bu təbii zəlzələdir.Təyyarənin parytlamasına gəlincə Ukrayna və Rusiya təyyarələri bərbad vəziyyətdədirlər. Nasazdırlar. İstismar müddəti bitmiş təyyarələrdən istifadə olunur.

- Suleymaninin dəfnində, dövlət televiziyasında Trampın başına hərə bir dollar verməklə 80 milyon dollar pul qoyulduğu bəyan edildi.

- Bu bir falçının söylədiyi yalan, dərvişin Parsii partlatması kimi bir şeydir. Gülüncdür.Nəinki Trampı, 10 nəfər amerikalını öldürsə ABŞ İranı elə bir silahla vurar, elə bir üsulla dağıda bilər ki, qarşısını almaq olmaz. Hətta rejimi dəyişə bilər. Bu avam kütlə üçün deyilən bir söhbətdir.Ona görə avam kütlə deyirəm ki, Süleymaninin dəfn mərasimində 70-dən çox insan əzilib ayaq altında ölüb. Bu nəyə dəlalət edir. Ona görə, bir daha deyirəm, İran nə müharibə etməyəcək, nə də hər hansı bir qəhrəmalıq sayılacaq addım atılmayıb.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »