Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nokia əfsanəvi "knopkalı" telefonun təkrar istehsalına başlayacaq - Foto

HMD Global şirkətinin məhsullar üzrə rəhbəri Yuho Sarvikas öz Twitter hesabı üzərindən bildirib ki, yaxın zamanlarda Nokia brendi altında yeni cihazın təqdimatı olacaq.

Bizimyol.info xəbər verir ki, Finlandiya istehsalçısının tarixində əsas yerlərdən birini tutan bəzi klassik "düyməli" telefonun istehsalına yenidən başlanılacağı iddia olunur. Belə ki, adıçəkilən tvitdə Nokia Original ifadəsinə yer verilib.

Daha öncə əfsanəvi 3310, “banan” ləqəbli 8110, açılıb-qapanan 2720 Fold telefonları yenidən istehsal olunmuşdu.

Yenidən əfsanəvi modellərdən olan 8800 modelinə nümunə çəkirlər. Amma bununla belə namizədlər tamamilə fərqli versiyanı irəli sürə bilərlər.

Postun sonunda isə Çinin Yeni ili adlı həştəq qoyulub. Bu isə onu deməyə əsas verir ki, yeni məhsulun rəsmi elanı 25 Yanvarda verilə bilər.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »