Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
İranın ABŞ hərbi bazasına raket hücumu zamanı ölənlərin ilkin sayı açıqlandı
ABŞ ordusu

İran ABŞ-ın İraqdakı qüvvələrinə hədəfə alan raket zərbələri həyata keçirib. Ballistik raket zərbələri Ayn Əsəd hərbi bazası da daxil olmaqla bir neçə hədəfə endirilib.

Bizimyol.info xəbər verir ki, canlı itkilər barədə dəqiq məlumat verilməsə də, çoxlu sayda ölənlərin olduğu ehtimal edilir. İrimiqyaslı raket zərbələri fasilələrlə iki dəfə endirilib.

İran bu addımla general Qasım Süleymaninin öldürülməsinə cavab verib. ABŞ-ın rəsmi açıqlamasında bildirilir ki, gün ərzində Donald Tramp baş verənlərlə bağlı açıqlama verəcək.

Qasım Süleymani Qasım Süleymani

Pentaqonun açıqlamasında deyilir ki, İran hərbi bazalara onlarla ballistik raket atıb. İtkilərin olduğu təsdiqlənsə də, dəqiq sayı barədə məlumat verilməyib.

Donald Tramp Donald Tramp

İran tərəfinin verdiyi açıqlamada 80-ə yaxın "ABŞ terrorçusu"nun öldürüldüyü deyilir. Donal Tramp isə öz Tvitter hesabında "hər şey yaxşıdır" deyə açıqlama verib və gün ərzində çıxış edəcəyini bildirib.

Paylaş »
››› Zooparkdan paylaşılan şəkillər hamını heyrətə gətirdi - Fotolar
››› Astroloqlar bu il hansı bürclərin bəxtinin gətirəcəyini deyir...
››› Baş Prokurorluq Nərminin qətl işi ilə bağlı daha bir xəbər portalına xəbərdarlıq edib
››› Azərbaycanlı milyarderin keçmiş həyat yoldaşı oğlunu məhkəməyə verib
››› Rusiyanın yeni hökumətinin üzvləri məlum olub - Siyahı

Deputatlığa namizədlərin nəzərinə!

Milli Məclisə seçkilərdə təbliğat-təşviqat kampaniyası artıq başlayıb. Bizim Yol olaraq bildirmək istəyirik ki, biz namizədlərlə yalnız rəsmi müqavilə əsasında əməkdaşlıq edə, onların təbliğat-təşviqat kampaniyasında iştirak edərək dəstək verə bilərik. Bütün layiqli namizədlərə uğurlar arzulayırıq!

Son xəbərlər
Bütün xəbərlər »