Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tanınmış rəssam evində güllələnmiş halda tapıldı - Foto

Türkiyənin tanınmış rəssamı və heykəltəraşı Rıfat Koçak Bodrumdakı evində güllələnmiş halda tapılıb.

Bir uşaq atası olan 49 yaşlı heykəltəraşın cəsədini evinə təmir üçün gələn kondisioner ustası tərəfindən yatağında aşkarlanıb.

Rıfat Koçak Rıfat Koçak

Ustanın polisə zəng vurmasından sonra hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. İlkin ehtimala görə, Koçak intihar edib. Onun daha əvvəl də intihara cəhd etdiyi məlum olub.

Qeyd edək ki, bir çox sərgilərin iştirakçısı olan Koçak ötən ilin sentyabrında emalatxanasında keçirdiyi qəzada barmaqlarını yaralamışdı. (Qafqazinfo.az)

Son xəbərlər
Bütün xəbərlər »