Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə yemək etirazlarında tələbəni döyən polis cəzalandırıldı - Video

İstanbul universitetində yeməkxanada qiymət artımına etiraz olaraq, tələbələr aksiya keçirmişdi. Etirazçı tələbələr aksiya zamanı polisin müdaxiləsilə üzləşmişdilər.

Bizimyol.info xəbər verir ki, etiraz aksiyasında tələbəni döyən polis əməkdaşı cəzalandırılıb. Bu barədə İstanbul valiliyindən verilən məlumatda bildirilib ki, səlahiyyət həddini aşan polis əməkdaşı işdən çıxarılıb:

“Bəyazitdəki İstanbul Universitetində rektorluq qarşısında 2 yanvarda 200 nəfərə yaxın tələbənin keçirdiyi etiraz aksiyası zamanı tələbələrə çağırış edib, aksiyanı dayandırmalarını istəmişdik. Amma etirazçılar israrla aksiyanı davam etdirmək istədiklərinə və mühafizə xidmətinin əməkdaşlarına müqavimət göstərdiklərinə görə qapının qarşısına sədd çəkilərək, prosesə müdaxilə olunmuşdu. Baş verənlərlə əlaqədar yanvarın 3-də araşdırma aparıldı və həmin vaxt adekvat davranmayan bir polis əməkdaşı haqqında işdən çıxarılma qərarı verildi”.

Onu da qeyd edək ki, tələbələrin etirazından sonra universitet rəhbərliyi geri addım ataraq, qiymət artımı qərarını ləğv etdi.

Paylaş »
››› Finlandiya və İsveç Rusiyadan qorunmaq üçün Türkiyənin dediyini etməlidir
››› Ukrayna Rusiya ərazisini atəşə tutub: Zavodun hədəfə alındığı bildirilir
››› Rusiyada canlı yayımda qəfil etiraf: "Ukraynada vəzyyətimiz pisləşib"
››› Rusiyada ard-arda hərbi komissarlıqları yandırırlar - Səbəb
››› Rusiya Paşinyanı istefaya göndərə bilmir: Moskvanın tərəfdarları azlıqda qalıb
››› ABŞ mətbuatında "Ərdoğan harayı", yaxud "meymun baxdı güzgüyə..."
››› AZAL yenə "zərər" açıqlayıb: İnhisarçı şirkət xalqı ələ salmağa davam edir
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »