Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünyanın ən qaranlıq şəhəri: Burada 40 gün gündüz olmur - Fotolar

Fotoqraf Amos Çapl ardıcıl 40 gün Günəş olmayan, qarla örtülü bir şəhərdən əsrarəngiz fotolar çəkərək paylaşıb.

Söhbət Rusiyanın Murmansk şəhərindən gedir.

Bizimyol.info xəbər verir ki, 22 may-22 iyul arası bu şəhərdə Günəş batmır. Həmin müddətdə burada qaranlıq gecələr olmur. Amma qışda da 40 gün (2 dekabr-11 fevral) bu şəhərdə yaşayanlar Günəşə həsrət qalır. Çünki həmin vaxt şəhər həmişə alaqaranlıq olur.

Rusiyanın Murmansk şəhəri

Yayda iki ay qazdan, işıqdan çox az istifadə edən şəhər sakinləri bundan qənaət etdikləri vəsaiti qışda artıqlamasıyla xərcləmək məcburiyyətində qalır.

Rusiyanın Murmansk şəhəri

İnanmaq çətindir, amma Murmanskda 40 gün boyunca insanlar küçədə qaranlıqda alış-veriş edir, sosial yaşam ehtiyaclarını çətinliklə ödəyirlər.

Rusiyanın “Şimal Qütb Dairəsi” adlanan hissəsində 30 şəhər var. Bunların ən böyüyü Murmanskdır. Bu şəhərin 300 min nəfər əhalisi var.

Rusiyanın Murmansk şəhəri

Murmansk şəhəri 1916-cı ildə - I Dünya Müharibəsi ərəfəsində rusların öz müttəfiqlərindən yardım alması üçün uyğun limanın inşası məqsədilə qurulub.

Günəş və vitamin çatışmazlığına görə Şimal Qütb Dairəsində yaşayanlarda depressiya, sümük kövrəkliyi kimi xəstəliklər çox olur.

Son xəbərlər
Bütün xəbərlər »