Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hüseyn Abdullayevin anası məhkəmədən vaxt istəyib

Bakı Apellyasiya Məhkəməsində sabiq deputat Hüseyn Abdullayev, onun anası Zeynəb Abdullayeva, Həbib İbrahimov, Xalid Əliyev, Namiq Babayev, İntiqam Süleymanov, Pərviz Kazımov, Zaur Quliyev və Nazim Əliyevin barələrində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Hakim Faiq Qasımovun sədrlik etdiyi iclasda təqsirləndirilən Zeynəb Abdullayevaya çıxış üçün söz verilib.

Z.Abdullayeva özünü yaxşı hiss etmədiyini deyərək, məhkəmədən vaxt istəyib.

Hakim növbəti prosesi yanvarın 14-nə təyin edib.

Şüşə qəfəsdə saxlanılan H.Abdullayev qışqıraraq, prosesdə iştirak edən Almaniya səfirliyinin əməkdaşlarına müraciət edib. O, vəziyyətinin pis olduğunu deyib.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə H.Abdullayev 6 il müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilənlər - Namiq Balayev 4 il, Nazim Əliyev 3 il müddətinə azadlıqdan məhrum edilib. Dövlət sərhədini qanunsuz keçməkdə ittiham olunan Zeynəb Abdullayeva isə 4 min manat cərimə edilib.

İntiqam Süleymanova şərti azadlıqdan məhrumetmə cəzası verilib və məhkəmə zalından azadlığa buraxılıb. Ev dustaqlığında olan Z.Abdullayeva, H.İbrahimov, Z.Quliyev və P.Kazımova da şərti cəza verilib.

Rəsmi məlumata görə, ayrı-ayrı vətəndaşların Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş müraciətləri əsasında 14 fevral 2018-ci il tarixdə başlanmış cinayət işi üzrə H.Abdullayevin 2006-cı ildən 2018-ci ilədək olan müddət ərzində faktiki nəzarət etdiyi “Araz-İnşaat” ASC-də onun tapşırığına əsasən, müəssisənin idarə olunmasını həyata keçirən Babayev Namiq İsmixan oğlu və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Cəmiyyətə məxsus obyektləri müxtəlif vaxtlarda ayrı-ayrı şirkətlərə icarəyə verərək, ümumilikdə, 1 milyon 374 min manat məbləğində gəlirlərin Cəmiyyətin kommunal xidmət və sair xərclərinin ödənilməsinə sərf olunmasına dair digər səhmdarlara yalan məlumat verməklə 13 min 373 manat məbləğində dividentləri vahid qəsdlə ələ keçirib zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsinə şübhələr müəyyən edilib.

Hüseyn Abdullayevə hədə-qorxu ilə tələb etmə, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma və digər əməllərlə bağlı ittiham verilib.

Təqsirləndirilən şəxslərdən bəziləri Dövlət Sərhəd Xidmətinin əməkdaşlarıdır. Bu səbəbdən cinayət işinə Bakı Hərbi Məhkəməsində baxılıb.

İş üzrə zərərçəkmiş şəxs qismində 28 nəfər tanınır.(report)

Paylaş »
››› Gürcüstan Putinə "yaltaqlanması" nəticə vermədi: Kreml arxadan zərbəni endirdi
››› Rusiya cəmiyyətini diksindirən hadisə: "Ordu komandanlığının axmaqlığı ucbatından..."
››› Putin Lukaşenkonu niyə açıq savaşa çəkə bilmir... - Britaniya kəşfiyyatı
››› Kremlin "Çernobayevka macərası" və ya eyni yerdə 20 dəfə məğlub olmağın resepti
››› Putin sadəlövhdür, yoxsa ABŞ unutqan: NATO verdiyi vədi niyə pozub
››› Rusiya müharibədəki hədəflərini niyə dəyişib? - Sonun başlanğıcı
››› Ərdoğanın İsveçi cəzalandırması NATO-nu çətinə salıb
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »