Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qumarxana təşkil etməkdə təqsirləndirilənlərlə bağlı qərar çıxarıldı

Ali Məhkəmədə Bakıda qumarxana təşkil etməkdə təqsirləndirilən Elçin Quliyev və Rüfət Yüzbaşovun barəsində olan dövlət ittihamçısı tərəfindən verilən kassasiya protestinə baxılıb.

Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, prokurorun kassasiya protesti təmin edilməyib.

Nəsimi Rayon Məhkəməsinin hökmü ilə hər iki şəxsə şərti cəza verilib və onlar azadlığa buraxılıb. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsi apellyasiya protestini təmin etməyib. Daha sonra prokuror kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

Qeyd edək ki, rəsmi məlumata əsasən, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Bakının Nəsimi rayonu, S.Vurğun küçəsində yerləşən mənzillərdən birində “Texas Holdem Poker” adlı kart-qumar oyunlarının təşkil edildiyi barədə əməliyyat məlumatı daxil olub.

Keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində qeyd edilən mənzil nəzarətə götürülüb və toplanan materiallar əsasında orada qumar oyunlarının təşkil edildiyi sübuta yetirilib.

Əməliyyat nəticəsində bu qanunsuz fəaliyyətin əsas təşkilatçıları - paytaxt sakinləri - E.Quliyev və R.Yüzbaşov, həmçinin, orada qumar oynayan daha səkkiz nəfər polis əməkdaşları tərəfindən saxlanılıblar.(oxu.az)

Paylaş »
››› Gürcüstan Putinə "yaltaqlanması" nəticə vermədi: Kreml arxadan zərbəni endirdi
››› Rusiya cəmiyyətini diksindirən hadisə: "Ordu komandanlığının axmaqlığı ucbatından..."
››› Kremlin "Çernobayevka macərası" və ya eyni yerdə 20 dəfə məğlub olmağın resepti
››› Ərdoğanın İsveçi cəzalandırması NATO-nu çətinə salıb
››› Rusiya müharibədəki hədəflərini niyə dəyişib? - Sonun başlanğıcı
››› ABŞ-ın yeni "dəmir pərdə" strategiyası: Türkiyədən veto gələcəkmi?..
››› "Hər şey yaxşı olacaq, bütün müharibələr sülhlə başa çatır..." - Kreml
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »