Dünən bəzi “Unibank” kartlarının balansında dəyişikliklər yaranıb.
Bizimyol.info xəbər verir ki, bu barədə bankın feysbuk səhifəsində məlumat paylaşılıb. Məlumatda bildirilib ki, artıq kartların balansı bərpa olunub.
Bank həmçinin məsələyə operativ münasibət bildirən bütün müştərilərinə təşəkkür edib: “Belə həssas məqamda məsələyə daha soyuqqanlı yanaşan və son anadək hər kəsin bankına güvənən, etibar edən və sosial şəbəkələrdə ədalətli mövqe nümayiş etdirən müştərilərimizə isə xüsusi minnətdarlıq bildiririk”.
Qeyd edək ki, ötən gün sosial şəbəkədə müştərilər bankdakı hesablarından pul silinməsi barədə məlumat yaymışdılar.
Ramid İbrahimov
Bizimyol.info