İran generalı Qasım Süleymaninin öldürülməsi dünyanın ümumi iqtisadi mənzərəsinə də təsirsiz ötüşməyib. Qızılın qiyməti son 7 ilin rekordunu vurub.
Bizimyol.info xəbər verir ki, qızılın unsiyası 2,3 faiz yüksələrək 1588,13 dollara satılmağa başlayıb. Palladiumun qiyməti də dayanmadan artır. Mendeleyevin dövri sisteminin 46-cı elementinin unsiyası 2027,91 dollara satılır.
Mütəxəssislər hesab edir ki, ABŞ-İran münasibətlərində gərginlik qaldığı müddətdə qızılın qiyməti də yüksəlməkdə davam edəcək. Yəqin ki, bir müddət sonra 1600 psixoloji həddi də aşılacaq.
Brent markalı neftin qiyməti də yüksəlib. İndi ingilis neftini 70,16 dollara satırlar.
İran generalı Qasım Süleymaninin ölümündən sonra Qərb valyutaları da güclənməyə başlayıb. Neft və qızıl da bu fonda bahalaşmaqda davam edir.