Çexiyada hokkeyçi gənclər arasında keçirilən dünya çempionatının qalibi Kanada olub. Şimali Amerika təmsilçisi final oyununda Rusiyanı 4:3 hesabı ilə məğlub edib.
Bizimyol.info xəbər verir ki, bizim qonşu ölkədə əsl hokkey məzəsi yaşanıb. İndiyə qədər Rusiyanın bütün oyunlarını göstərən “Matç TV” final dəqiqələrində efirə 9 il əvvəlki qarşılaşma ilə çıxıb. Həmin görüşdə isə ruslar 5:3 hesabı ilə qələbə qazanmışdı.
Milli komandanın heyətini düz-əməlli tanımayan ruslar isə qələbəni bayram etməyə başlayıb. Ayrı-ayrı şəhərlərdə atəşfəşanlıq yaşanıb. Sosial şəbəkələrdə Rusiya milli komandasını göylərə qaldırıblar, çoxlu tərifləyiblər. Halbuki “Pervıy kanal” rusların uduzduğu görüşü canlı göstərirdi və saxtakarlığa yol verməmişdi. Amma məsələnin məzəli tərəfi odur ki, hətta Rusiya Dumasının bədən tərbiyəsi, idman, turizm və gənclərlə iş üzrə komitəsinin sədri də “qələbə”ni bayram edib.