Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"YAP 25 ildir vətəndaşları səhv yönləndirib, ələbaxan edib"

Fevral ayında partlament seçkiləri keçiriləcək. Deputatlığa namizədlərin bir çoxu artıq seçki kampaniyasına start verib. Namizədlərin aktivliyi hiss olunur , bəs seçicilərin? Biz öz taleyimizə nə dərəcədə maraq göstəririk?

Bizimyol.info xəbər verir ki, Real partiyasından deputatlığa namizədlıiyini irəli sürmüş politoloq, iqtisadçı Natiq Cəfərlinin fikrinə görə, əhali seçkilərə namizədlər qədər maraq göstərmir.

Natiq Cəfərli Natiq Cəfərli

“Mən və 10 nəfər komandamın üzvü imzatoplama kampaniyasında 5000-nə yaxın seçici ilə görüşdük, onları seçki ilə bağlı məlumatlandırdıq - bəli, bir çoxunun növbədənkənar seçki olacağı ilə bağlı məlumatı belə yox idi. Əsasən Lökbatan qəsəbəsində siyasi proseslərdən kənar olan, izləməyən xeyli insan gördük. Vətəndaşların bir çoxunun qeydiyyat problemi var, yaşadıqları yer ilə qeydiyyatda olduqları yer eyni deyil. Sosial problemlər həddən artıq çoxdur, YAP 25 ildir vətəndaşları səhv yönləndirib, ələbaxan edib - bir çoxları səmimii olaraq elə bilirlərlər ki, namizəd yol çəkməli, lift düzəltməli, dam təmir etməlidir.

Pozitiv məsələlər də var - gənclik fərqlidir, daha məlumatlı və daha aktivdir, ümid onlaradır. Günü bu gün artıq seçicilərin 50%-ə yaxını 35 yaşın altındadır, növbəti seçkilərdə bu rəqəm 70% olacaq, həm də 35-45 yaş arası seçicilər də daha məlumatlı olacaqlar. Bu gün evə xəbər gətirən, ata-ana, baba-nənəyə yön verən məhz gənclərdir - onlarla yaxşı işləsək məmləkətin sivilləşmə şansı artacaq.

Toplum ideoloji deyil - belə vəziyyətdə siyasi təbliğat aparmaq çətin olur, insanlar bəsid mesajlar istəyir, populist vəədlər xoşlayır. Cəmiyyətin böyük kəsmi həm iqtidara, həm müxalifətə, həm də ölkənin gələcəyinə inanmır - ağır durumdur.

Bütün bunlara baxmayaraq bu seçkilərdə gənclərin dəstəyi və köməyi ilə fərqli nəticə almaq, səs qazanıb deputat yerini YAP-dan qoparmaq mümkündür”,- deyə o bildirib.

Qubad İbadoğlu Qubad İbadoğlu

Politoloq, iqtisadçı alim Qubad İbadoğlu isə fikirlərini bu şəkildə izah edib: “Avropa Parlamentinin siyasi palitrasına nəzər salsaq görərik. 751 yerlik Avropa Paramenti partiya bilrikləri və bitərəflər arasından aşağıdakı kimi bölünüb: Avropa Xalq Partiyası (182), Sosialist və Demokratlar (154), Liberallar (108), Yaşıllar (74), Kimlik və Demokratiya (73), Avropa İslahatçılar və Mühafizəçilər Partiyası (62), Bitərəflər (57) və Avropa Sol Birliyi - Nordic Yaşıl Sol (41).

Məlumat üçün qeyd edim ki, parlamentinin lideri Avropa Xalq Partiyası sağ-mərkəzçi olaraq ideoloji baxımdan mühafizəkar və liberal-mühafizəkarlara yaxındır.

Azərbaycanda isə məlum olduğu kimi parlamentdə çoxluğu YAP təşkil edirdi və parlamentin özünü buraxması qərarını da bu partiya verdi”.

İlhamə

Paylaş »
››› Ukrayna Rusiya ərazisini atəşə tutub: Zavodun hədəfə alındığı bildirilir
››› Rusiyada canlı yayımda qəfil etiraf: "Ukraynada vəzyyətimiz pisləşib"
››› Rusiyada ard-arda hərbi komissarlıqları yandırırlar - Səbəb
››› Rusiya Paşinyanı istefaya göndərə bilmir: Moskvanın tərəfdarları azlıqda qalıb
››› ABŞ mətbuatında "Ərdoğan harayı", yaxud "meymun baxdı güzgüyə..."
››› AZAL yenə "zərər" açıqlayıb: İnhisarçı şirkət xalqı ələ salmağa davam edir
››› "Türkiyə Yunanıstanla bağlı etdiyi səhvi İsveçlə bağlı etməyəcək"
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »