Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Narkotik alverçiləri saxlanılıb

Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.

Bizimyol.info xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması ilə bağlı əməliyyat tədbirləri həyata keçirilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayon sakinləri saxlanılıb. Belə ki, Məhərrəm Umbayevin üzərində şəxsi axtarış keçirilən zaman ümumi çəkisi yarım kiloqrama yaxın narkotik vasitə hesab olunan qurudulmuş marixuana, Murad Əliyevdən ümumi çəkisi 305 qram olan marixuana və Ataş Hüseynovdan ümumi çəkisi 44 qram olan tiryək aşkar olunaraq götürülüb.

Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər. Araşdırmalar aparılır.

Paylaş »
››› Gürcüstan Putinə "yaltaqlanması" nəticə vermədi: Kreml arxadan zərbəni endirdi
››› Rusiya cəmiyyətini diksindirən hadisə: "Ordu komandanlığının axmaqlığı ucbatından..."
››› Putin Lukaşenkonu niyə açıq savaşa çəkə bilmir... - Britaniya kəşfiyyatı
››› Kremlin "Çernobayevka macərası" və ya eyni yerdə 20 dəfə məğlub olmağın resepti
››› Putin sadəlövhdür, yoxsa ABŞ unutqan: NATO verdiyi vədi niyə pozub
››› Rusiya müharibədəki hədəflərini niyə dəyişib? - Sonun başlanğıcı
››› Ərdoğanın İsveçi cəzalandırması NATO-nu çətinə salıb
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »