Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünyanın kişi çatışmazlığı yaşayan 5 yeri

Yer kürəsində yaşayan qadınlarla kişilərin sayı arasında böyük fərq yoxdur. Amma planetin elə yerləri var ki, orada konkret kişi çatışmazlığı hiss olunur.

Bizimyol.info “Maraqlar klubu” səhifəsinin fərqləndirdiyi 5 belə yeri sizə təqdim edir. Əksəri haqqında, demək olar, heç vaxt eşitməmişik.

5 – Kiyev (Ukrayna). Əslində, Ukraynanın paytaxtında böyük kişi çatışmazlığı hiss olunmur. Şəhər əhalisinin cəmi 54 faizini qadınlar təşkil edir. 16-65 yaş arası insanların isə 44 faizi kişidir. Görünür, cazibədar qadınların çoxluğu nəzərə alınıb.

Kiyev, Ukrayna Kiyev, Ukrayna / Foto: Pixabay.com

4 – Kalayci qaraçı icması (Bolqarıstan). Kişilər üçün cənnət kimi bir yerdir. 1000 qadına 788 kişi düşür. Burada dörd ildə bir dəfə evlənmək məqsədilə qız yarmarkası da təşkil olunur. Kişilər pulla özünə arvad ala bilir.

3 – Şimali Marian adaları. Sakit okeandakı bu adalarda 1000 qadına 722 kişi düşür. 16-65 yaş arası kişilərin göstəricisi daha aşağıdır (656 kişi). Əhalinin əsas gəlir yeri turizmdir. Qadınların çoxluq təşikil etdiyi adalara turistlərin böyük marağı var.

2 – Tuareqlər. Şimali və Mərkəzi Afrikadakı səhralarda yaşayan köçəri xalq da kişi çatışmazlığından əziyyət çəkir. Pis həyat şərtləri üzündən çox az yaşayırlar.

1 – Noiva du Kordeyru qadın icması (Braziliya). Qadınların say çoxluğuna görə dünyada hamını geridə qoyur. Burada kişi o qədər azdır ki, qadınlar özünə başqa yerlərdə sevgili tapmaq üçün sosial şəbəkələrdə elan yerləşdirir. Noiva de Kordeyruda çox az kişi gözə dəyir, amma 2 min qadın yaşayır.

Son xəbərlər
Bütün xəbərlər »