Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pompeo: "ABŞ Suleymaninin zərərsizləşdirilməsi zərurətinə şübhə etməyib"

ABŞ dövlət katibi Mayk Pompeo bildirib ki, Birləşmiş Ştatların ali rəhbərliyində İran generalı Qasım Suleymaninin öldürülməsinə zərurətlə bağlı şübhələr olmayıb.

Bu barədə o, ABC telekanalına müsahibəsində bildirib.

"Kəşfiyyata giriş hüquq olan böyük rəhbərlərdə heç bir şübhə yox idi. Mən xatırlayıram ki, general Milli (ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri – red) dedi: "Əgər bu zərbə endirilməsəydi, biz səhlənkar cinayətə yol verərdik, ", - Pompeo ABC telekanalına bildirib.

Onun sözlərinə görə, kəşfiyyat məlumatları göstərib ki, "Suleymani özünün terrorçuluq kampaniyasını planlaşdırmaqda davam edib" və bu onun zərərsizləşdirilməsi üzrə hərəkətlərdən də böyük risk idi. (Report.az)

Son xəbərlər
Bütün xəbərlər »