Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
22 qadını model elanı ilə aldadıb əxlaqsız filmlərdə oynatdılar

ABŞ-ın Kaliforniya ştatında saytlardan birində model elanı yerləşdirərək qadınları aldadıblar. Tələyə düşən 22 qadını intim filmlərdə oynadıblar.

Bizimyol.info xəbər verir ki, saytın elanında çılpaq foto və ya videolarla bağlı heç bir xəbərdarlıq olmayıb. Müraciət edənlərdən heç də hamısı tələyə düşməyib. Buna baxmayaraq, elan yerləşdirənlər 22 qadını aldada bilib. Onların intim görüntüləri çəkilib. Qadınları internetdə yayımlanmayacağına inandırsalar da, əksini ediblər. Bundan sonra qurbanlardan bəzisi hətta intihar etmək fikrinə düşüb.

Polis işdən xəbər tutandan sonra bununla bağlı cinayət işi açılıb. Məhkəmə qadınlara ümumilikdə 12,7 milyon dollar təzminat ödənilməsi ilə bağlı qərar çıxarıb. Qadınların hər birinə ən azı 250,5 min dollar çatacaq.

Son xəbərlər
Bütün xəbərlər »