Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Trampa “Barselona”nın baş məşqçisi ilə bağlı çağırış: “İran agentidir, uyğun davranın”

“Barselona”nın azarkeşlərinin bir çoxu baş məşqçi Ernesto Valverdedən narazıdır. Klub sabit oyun göstərmir. “Barselona” yenə xal itirib. Lionel Messinin formasını geyindiyi komanda “Espanyol” ilə heç-heçə oynayıb (2:2).

Bizimyol.info xəbər verir ki, “Barselona”nın azarkeşlərindən biri Donald Trampa çağırış edib. Yussef Əl-Maraginin ABŞ prezidentinin sosial şəbəkələrdən birindəki açıqlamasına yazdığı rəy xeyli məşhurlaşıb. “Barselona”nın azarkeşi zarafatla Valverdeni İran agenti adlandırıb və Trampı onu da İran generalı Qasım Süleymani kimi məhv etməyə çağırıb. Rəyə qısa zamanda 4500 bəyənmə gəlib.

Trampın statusuna Valverde ilə bağlı şərh

“Salam, Cənab Tramp! Ernsto Valverde maskalanmış İran agentidir. Mümkünsə, uyğun davranın və planeti xilas edin. Çox sağ olun!”, - azarkeş belə yazıb.

Tramp isə açıqlamasında İranın qisas barədə bəyanatına toxunub. ABŞ prezidenti bizim qonşu ölkəni xeyli zərər vurmaqda ittiham edib. Tramp İranın növbəti zərbəsinə layiqincə cavab veriləcəyini bildirib.

Son xəbərlər
Bütün xəbərlər »