Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Tramp kostyumlu terrorçudur" - İran

Mədəniyyət abidələrini hədəfə almaq müharibə cinayətidir.

Bu sözləri Trampın təhdidlərinə cavab olaraq İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Tvitter hesabında qeyd edib. O bildirib ki, ABŞ-ın Qərbi Asiyada varlığının sonu başlayır.

Məhəmməd Cavad Zərif

İranın İnformasiya və Rabitə Texnologiyaları naziri Məhəmməd Cavad Azəri Çəhromi isə Trampı bu açıqlamalarına görə, İŞİD terror təşkilatına, Hitlerə və Çingiz xana oxşadıb, onların da mədəniyyətdən nifrət etdiyini bildirib.

Məhəmməd Cavad Azəri Çəhromi

Çəhromi ABŞ Prezidentini kostyumlu terrorçu adlandırıb və kiminsə İranın mədəniyyətini məhv etmək gücündə olmadığını bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İranın mədəniyyət abidələri də daxil olmaqla, 52 obyektini hədəfə alması barədə açıqlama yaymışdı. (Axar.az)

Son xəbərlər
Bütün xəbərlər »