Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyadan ABŞ-a inanılmaz təklif: “Texası Meksikaya qaytarın!”

Rusiyalı senator Aleksey Puşkov ABŞ-ın Avropadakı quru qoşunlarının komandanı Ben Hocesin Krımla bağlı açıqlamasına münasibət bildirib.

Gazeta.ru xəbər verir ki, bu barədə Puşkov “ Twitter” hesabında yazıb.

Rusiyalı senator ABŞ-ın Texası Meksikaya qaytarmasını təklif edib.

II Yekaterinanın hakimiyyətinə qədər Rusiyanın Krımda mövcud olmadığını söyləyən Hocesə cavab olaraq Puşkov həmin vaxt Ukraynanın mövcud olmadığını qeyd edib.

“1783-cü ildə ABŞ Atlantik boyu dar bir torpaq zolağı idi, daha sonra qalan hər yeri tutdular. Qoy Texası Meksikaya qaytarsınlar”, - Puşkov yazıb. (Oxu.az)

Son xəbərlər
Bütün xəbərlər »