Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp İranı 2 trilyon dollarlıq yeni silahla hədələyib

ABŞ Prezidenti Donald Tramp İran hücum edəcəyi təqdirdə bu ölkəni 2 trilyon dollar xərc sayəsində başa gəlmiş yeni silahla vurmaqla hədələyib.

D.Tramp bu barədə “Twitter” sosial şəbəkəsindəki səhifəsində yazıb.

D. Tramp ABŞ-ın digər ölkələrlə müqayisə olunmayacaq hərbi gücə malik olduğunu vurğulayıb: “Əgər İran ABŞ hərbi bazalarına, yaxud istənilən amerikalıya hücum etsə, biz tərəddüdsüz yeni hərbi texnikanı onlar tərəfə göndərəcəyik”.

Qeyd edək ki, ABŞ Prezidenti bundan əvvəl İranı 52 obyektə zərbə endirilə biləcəyi ilə hədələyib.

Xatırladaq ki, yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatından endirilən zərbə nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı Qüds Qüvvələrinin komandanı general Qasim Süleymani və İraqın könüllü “Həşdi-Şaabi” qruplaşmasının komandir müavini Əbu Mehdi Əl-Mühəndis daxil olmaqla, 10 nəfər öldürülüb. İran Ali dini lideri və İran Prezidenti Q. Süleymaninin ölümünə görə ABŞ-dan qisas alınacağını bəyan edib. (Apa.az)

Paylaş »
››› Gürcüstan Putinə "yaltaqlanması" nəticə vermədi: Kreml arxadan zərbəni endirdi
››› Rusiya taktikanı dəyişir: Böyük işğaldan imtina edir
››› Şimali Koreyada pandemiya böyüyür: Günahkar tapıldı
››› Putin Lukaşenkonu niyə açıq savaşa çəkə bilmir... - Britaniya kəşfiyyatı
››› Türkiyənin "veto" hüququ 3-cü Dünya Müharibəsinin qarşısını ala bilər
››› Almaniya ilin sonuna Rusiyaya qarşı ciddi zərbə hazırlayır
››› Rusiya cəmiyyətini diksindirən hadisə: "Ordu komandanlığının axmaqlığı ucbatından..."
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »