Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-ın hərbi bazası və səfirliyi yerləşən ərazilərə raket zərbələri endirilib

ABŞ-ın Bağdaddakı səfirliyi raketlərlə atəşə tutulub.

Anadolu agentliyinin xəbər verir ki, “yaşıl bölgədə” yerləşən səfirliyinin yaxınlığına azı 2 mərmi düşüb. Tələfat barədə məlumat yoxdur. Hadisədən sonra bölgədə həyəcan siqnalları işə düşüb. Səfirliklərin və dövlət əhəmiyyətli binaların yerləşdiyi “yaşıl bölgə”yə giriş-çıxışlar nəzarətə götürülüb.

Bu hücumdan bir neçə dəqiqə sonra amerikalı hərbçilərin olduğu Səlahəddin şəhərində yerləşən ölkənin ən böyük hərbi bazası “Bələd” raketlərlə atəşə tutulub. Tələfat barədə açıqlama yoxdur.

Hadisələrə görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməsə də, hücumların İran dəstəkli silahlılar tərəfindən təşkil edildiyi güman edilir.

Xatırladaq ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” xüsusi qüvvələrinin komandanı Qasım Süleymaninin ABŞ ordusu tərəfindən Bağdadda öldürülməsindən sonra bölgədə vəziyyət son dərəcə gərgindir.(publika.az)

Son xəbərlər
Bütün xəbərlər »