Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran Süleymaniyə görə BMT-yə müraciət etdi

İran İslam İnqilabı Keşikçilәri Korpusunun (SEPAH) “Qüds” xüsusi təyinatlı qüvvələrinin komandanı olmuş general Qasım Süleymaninin ABŞ qüvvələri tərəfindən öldürülməsindən sonra İranın özünümüdafiə hüququ var.

TASS xəbər verir ki, bu barədə İran hakimiyyətinin BMT Təhlükəsizlik Şurasına göndərdiyi məktubda bildirilib.

“İran beynəlxalq hüquqa uyğun olaraq lazımi tədbirlər görmək, xüsusən də özünümüdafiə hüququna malikdir”,-deyə məktubda qeyd olunub.

Həmçinin bildirilib ki, ABŞ terrorizm əleyhinə mübarizə aparanlarla vuruşur.

Müraciət müəlliflərinin fikrincə, bu, bütövlükdə beynəlxalq terrorizmə qarşı mübarizəyə xələl gətirir, həmçinin münaqişə zonasında gərginliyi artırır.

Qeyd edək ki, general Qasım Süleymani Bağdadın hava limanına endirilən raket zərbələri nəticəsində ölüb. Məlumata görə, atılan raketlərdən biri generalın olduğu avtomobil karvanının üzərinə düşüb. (oxu.az)

Son xəbərlər
Bütün xəbərlər »