Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Generalın öldürülməsinə İrəvandan çevik reaksiya - Azərbaycan nə etməlidir...

"İranlı generalın öldürülməsi İrəvanı da ciddi düşündürüb. Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan ölkəsinin bölgədəki səfirlərini təcili İrəvana çağıraraq iclas keçirib".

Bizimyol.info xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.

Elxan Şahinoğlu Elxan Şahinoğlu

Onun sözlərinə görə, Erməni nazirin səfirlərlə nəyi müzakirə etdiyi barədə məlumat yoxdur: "Ancaq təxmin etmək olar ki, Amerika-İran qarşıdurmasının Ermənistana təsiri məsələləri müzakirə olunub. Amerikanın keçmiş SSRİ məkanındakı ən böyük səfirliyi İrəvandadır. Amerika səfirliyi İrəvan üzərindən Ermənistanla sıx əlaqələri olan həm Rusiyaya, həm də İrana boylanır. Ermənistan həm bu səfirliyin təhlükəsizliyini gücləndirməli, həm də İranla siyasi əlaqələr zəiflətməməyə çalışmalıdır. Ermənistan Amerikanın ianələrinə möhtac olduğu qədər İranla siyasi və iqtisadi əlaqələrə də ehtiyac duyur. Amerika-İran qarşıdurması güclənərsə hər ikisindən bəhrələnmək çətin olacaq".

E.Şahinoğlu qeyd edib ki, bu deyilənlər bizə də aiddir: "Əlbəttə, Amerika-İran qarşıdurmasının güclənəcəyi halda neytral siyasətimizə davam etməliyik. Biz qarşıdurma istəmirik, bu maraqlarımıza ziddir, hansısa seçim qarşısında da qalmaq istəmirik. Ancaq bölgədə bizdən asılı olmayan olaylar baş verərsə, mümkün ssenarilər ətrafında biz də düşünmək məcburiyyətindəyik. Azərbaycan Xarici İşlər Nazirliyində bu gün hər hansı müşavirə olubmu?"

Son xəbərlər
Bütün xəbərlər »