Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
"Windows 7" sisteminə texniki dəstəyin son tarixi açıqlanıb
komputer

“Microsoft” şirkəti yanvarın 14-dən etibarən “Windows 7” əməliyyat sisteminin proqram təminatını dayandıracaq.

“RİA Novosti” xəbər verir ki, bu barədə məlumat şirkətin rəsmi internet səhifəsində yerləşdirilib.

Bildirilib ki, istifadəçilərin əməliyyat sisteminin versiyasını dəyişə bilməsi üçün hələ 10 günü var. Bundan sonra isə “Windows 7” əməliyyat sistemi lazımi təhlükəsizlik səviyyəsini və yenilənmələri əldə edə bilməyəcək.

“Bu əməliyyat sistemi 10 il əvvəl yaradılıb və o zaman kibertəhlükələr tamam başqa səviyyədə idi. Yeni növ kiberhücumlar və ya texnologiyalar çıxdığından “Windows 7”-nin risklər qarşısında fəaliyyətinə yenidən baxmağa gətirib çıxardı. “Windows 10”-nun yaradılması zamanı əsas prinsip kimi məhz kibertəhlükəsizlik müdafiələri və yeni növ hücumlara qarşı tab gətirmək nəzərdə tutuldu”, - deyə məlumatda qeyd olunub.

Məlumatda o da qeyd olunub ki, “Windows 7” əməliyyat sisteminə texniki dəstəyin dayandırılması kibertəhlükəsizlik prinsiplərini risk altında qoymuş olacaq.(apa)

Paylaş »
››› İranda yüksək vəzifəli məmur da koronavirusa yoluxdu, ölkəni epidemiya bürüyür
››› Həbs edilən rayon başçısının eşşək ferması, otel və restoranları, min hektarlarla torpağı...
››› Hakan Şükürdən 9 il sonra etiraflar: “Peşmanam...” - Video
››› Məhkəmə Neftçalanın icra başçısı ilə bağlı qərar verdi
››› 73 seçki məntəqəsinin nəticələri ləğv edildi - Siyahı
Son xəbərlər
Bütün xəbərlər »