Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Keçmiş SSRİ ölkəsi rus dili ilə bağlı referendumdan imtina etdi

Latviyanın Mərkəzi Seçki Komissiyası qeyri-dövlət dilləri ilə bağlı referendum ideyasını yaxına buraxmayıb. Beləcə, “Yeni razılaşma” partiyasının təşəbbüsü havada qalıb.

Bizimyol.info xəbər verir ki, Latviya partiyası rus dilinin tədrisi ilə bağlı referendum keçirilməsini istəyirdi. Bunun üçün imza toplanılırdı. Amma Mərkəzi Seçki Komissiyası ideyaya imtina cavabı verib.

Latviya, Riqa, Dauqava Latviya, Riqa, Dauqava | Foto: Pixabay.com

Komissiyanın rəhbəri Kristina Berzinya “Yeni razılaşma” partiyasının təqdim etdiyi qanun layihəsinin korrekt hazırlanmadığını söyləyib.

Partiya isə geri çəkilmək fikrində deyil. Siyasi təşkilat Latviya Ali Məhkəməsinə müraciət etməyi planlaşdırır.

Keçən ilin sentyabrından Baltikyanı ölkədə bütün tədris müəssisələrində yalnız latış dilinə təhsil verilməsi ilə bağlı qanuna düzəliş üzərində iş gedir. Yeni qanuna görə, rus dili Latviyada xarici dil statusundan uzağa gedə bilməyəcək.

Son xəbərlər
Bütün xəbərlər »