Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Trampdan Süleymaninin öldürülməsi ilə bağlı daha bir açıqlama
Donald Tramp

ABŞ Prezidenti Donald Tramp İran İslam İnqilabı Keşikçilәr Korpusunun (SEPAH) “Əl Qüds” xüsusi təyinatlı qüvvələrinin komandanı olmuş general Qasım Süleymaninin ABŞ hava hücumu nəticəsində öldürülməsindən sonra ilk dəfə açıqlama verib.

O, “Twitter” hesabında belə bir paylaşımla çıxış edib:

“General Qasım Süleymani vaxtilə minlərlə amerikalını öldürüb və ya ağır şəkildə yaralayıb. Bundan sonra da çoxunu öldürməyi planlaşdırırdı, amma yaxalandı. Son zamanlarda çox sayda iranlı etirazçılar da daxil olmaqla milyonlarla insanın ölümündə birbaşa və dolayısı ilə məsuliyyət daşıyırdı.”

Tramp İranın daxilində və xaricində Süleymaniyə nifrət edildiyini, ancaq rəsmi Tehranın bunu qəbul etmədiyini bildirib:

“Onlar liderlərinin dünyaya çatdırmaq istədikləri qədər qəmgin deyillər. O, hələ uzun illər əvvəl məhv edilməli idi!”

Qeyd edək ki, İran İslam İnqilabı Keşikçilәri Korpusunun (SEPAH) “Əl Qüds” xüsusi təyinatlı qüvvələrinin komandanı olmuş general Qasım Süleymani yanvarın 3-də ABŞ hərbi qüvvələrinin Bağdadda endirdiyi aviazərbələr nəticəsində öldürülüb. (Oxu.az)

Paylaş »
››› İsveçdə koronavirusa qarşı niyə tədbir görülmür... - Hər yer işləyir, hamı küçədə
››› Türklər koronavirusu izolyasiya etməyi bacardı
››› İtaliyada virusdan ölənlərin sayı xeyli azaldı
››› Koronavirusa qalib gələ biləcək dərmanların adları - Avstraliya nəticələri açıqladı
››› Çernobıl yanır, radiasiya ətrafa yayılır - Video
Son xəbərlər
Bütün xəbərlər »