Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Amerika Tehrana mesajını verdi: Növbəti gedişi İran edəcək
Qasım Süleymani

"İranın əfsanəvi generalı İnqilab Keşikçiləri Korpusunun xüsusi təyinatlı “Əl-Qüds” briqadasının komandiri, Qasım Süleymaninin Bağdadda öldürülməsi bölgədə vəziyyəti gərginləşdirəcək".

Bizimyol.info xəbər verir ki, bunu İranlı generalın ölümü ilə bağlı yaranacaq gərginliyi şərh edən politoloq Elxan Şahinoğlu deyib.

Elxan Şahinoğlu Elxan Şahinoğlu

Siyasi şərhçi qeyd edib ki, 3 gün əvvəl yazdığım statusda Amerika ilə İranın İraq ərazisində savaşdığını yazmışdım: "Amerika İraqda İranın dəstəklədiyi Hizbullahın mövqelərini bombaladı, ardından Amerikanın Bağdaddakı səfirliyinə hücum təşkil edildi. Vaşqinqton səfirliyə hücumun arxasında İranın dayandığını iddia edir. Məsələ burasındadır ki, bir müddət əvvəl də İranın İraqdakı konsulluğuna hücum edilmişdi. İran da konsulluğua hücumun arxasında Amerikanın dayandığını iddia etdi. Amerika elə Süleymanini də məhz ona görə Bağdadda raket zərbəsi ilə öldürdü ki, hamıya göstərsin ki, elə Amerika səfirliyinə hücumun planını Bağdadda olan Süleymani planlaşdırıb. Süleymani həqiqətən İranın İraq və Suriyadakı hərbi birləşmələrini və silahlı tərəfdar qruplarını idarə edirdi".

E.Şahinoğlu bildirib ki, Tehran inqtiqam sözü verir: "Terror və ya vəkalət savaşı başlaya bilər. Bu nə deməkdir? İranın Amerikaya birbaşa əli çatmır. Ancaq Tehran İraqda, Livanda və ya hansısa digər ərəb ölkəsində tərəfdarları vasitəsilə Amerikanın məntəqəsinə hücum təşkil edə bilər. Qasim Süleymani İran üçün böyük fiqur idi. O birbaşa İranın dini liderinə bağlı general idi. Hətta deyilirdi ki, Süleymani hərbi mundirini nə zamansa siyasətçi qiyafəsinə dəyişsə asanlıqla İranın prezidenti seçilə bilərdi. Belə bir firuqurun öldürülməsini Tehran cavabsız qoymayacaq. Ancaq mümkün cavabı da Amerika cavabsız qoymayacaq və beləcə bölgədə nələrin baş verəcəyini proqnozlaşdırmaq çətin deyil. Amerika Süleymanini öldürməklə Tehrana mesaj yolladı ki, İraqda və Suriyada hərbi birləşmələriniz hədəfimizdədir. Növbəti gedişi İran edəcək.

Azərbaycanda təhlükəsizilik tədbirlərini gücləndirməyə ehtiyac var. Bizim həm İranla, həm də Amerika ilə yaxşı münasibətlərimiz var. Ancaq əgər bu iki ölkə bir-birlərinə qarşı fərqli məkanlarda savaşa başlayıblarsa, bu ətrafa da sıçraya bilər. Böyük ehtimalla Amerikanın İranla qonşu ölkələrdəki bütün səfirlikləri gücləndirilmiş iş rejiminə keçiblər".

Paylaş »
››› Rusiyada koronavirusu dərhal məhv edən ucuz məhlul hazırlayıblar
››› “Kurtlar vadisi”nin aktyoru koronavirusdan ölüb
››› Türkiyədə daha bir koronavirus rekordu qeydə alındı
››› Qonşu ölkədə insanlar virusa görə meşələrə çəkilib
››› Keçmiş SSRİ dövləti “qreçka”nın ölkədən çıxarılmasına qadağa qoydu
Son xəbərlər
Bütün xəbərlər »