Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Haftardan Sisiyə şok: "Türk əsgəri Misirə də gələcək!"

Türkiyənin Liviyaya əsgər göndərməsi barədə qətnamə qəbul edildikdən sonra Xəlifə Haftar Misir Prezidenti Əbdülfəttah Sisindən hərbi dəstək istəyib.

Bu barədə məlumatı "Yeni Akit" yayıb.

Əbdülfəttah Sisi

"Türk əsgəri Liviya çatanda müharibə sona çatacaq və onları Misir sərhədində görəcəksiniz", - deyə marşal bildirib.

Haftar Misirdən hərbi dəstək gələcəyi təqdirdə Tripolini bir neçə saatda ala biləcəyini qeyd edərək, ondan türk qüvvələrinin Liviyaya gəlməsinin qarşısını almaq üçün beynəlxalq birliyi səfərbər etməyi də istəyib.

Qeyd edək ki, Qahirə rəhbərliyi hazırda Xəlifə Haftarın qoşunlarına logistik dəstək verir. (Axar.az)

Son xəbərlər
Bütün xəbərlər »