Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yunanların Türkiyəyə qarşı F-35 həmləsi...

Yanvarın 7-də ABŞ-a səfər edəcək Yunanıstanın Baş naziri Kiriakos Miçotakis F-35 qırıcılarını satın almaq və F-35-lərin istehsalı proqramına daxil olmaq təklifini Donald Trampa çatdıracaq.

Bu barədə məlumatı Yunanıstanın “Ta Nea” qəzeti yayıb. Məlumata görə, qəzetdə Miçotakisin “Maddi imkanlarımız olsa, F-35 satın almağı ciddi şəkildə düşünə bilərik, çünki onlar bazardakı ən müasir qırıcılardır” sözlərinə yer verilib.

Məlumatda Kiriakos Miçotakisin gündəliyində iki plan olduğu qeyd edilərək bildirilib ki, baş nazir Türkiyəyə qarşı ABŞ-Yunanıstan münasibətlərini gücləndirmək üçün F-35 məsələsindən istifadə etməyi planlaşdırır. Yunanıstan büdcəsinə ziyan vurmadan F-35 proqramına daxil olmaq istəyən baş nazirin Vaşinqtonda 2 ssenari üzərindən hərəkət edəcəyini bildirib.

Miçotakis ilk mərhələdə Türkiyənin “F-35” proqramından çıxarılmasından sonra yaranan boşluğu Yunanıstanla doldurmağa cəhd edəcək. Yunanıstanın istehsal prosesinə cəlb edilməsindən sonra Afinanın ABŞ-dan müasir döyüş qırıcıları almaq məsələsi gündəmə gələcək.

İkinci mərhələdə isə Yunanıstanın məhdud sayda “F-35” qırıcısı alacağı aktuallaşacaq. Yunanıstan bununla qırıcıların istehsal prosesinə daxil olmaq hüququ əldə edəcək.

O, bu təklifləri gələn həftə Donald Trampa və ABŞ Dövlət Katibi Mayk Pompeoya təqdim edəcək. (Axar.az)

Son xəbərlər
Bütün xəbərlər »