Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə parlamenti razılıq verdi: hərbçilər göndərilir

Bu gün Türkiyə Böyük Millət Məclisində (TBMM) Liviyaya hərbi qüvvələrin göndərilməsini dəstəkləyən sənədin müzakirəsi ilə bağlı iclas keçirilib.

Sənədlə bağlı müzakirələrdən sonra səsvermə keçirilib.

Elektron üsulla baş tutan səsvermədə 509 millət vəkili iştirak edib. Vəsatət 184 səsə qarşı 325 səslə qəbul edilib.

Qeyd edək ki, qətnamə layihəsi Liviyaya qoşun göndərmək üçün hökumətə səlahiyyət verir.

Layihə milli maraqların əleyhinə hər cür təhdidə qarşı tədbir görməyi, Liviyadakı qanunsuz qruplaşmaların Türkiyənin maraqlarına qarşı, hücumlarını aradan qaldırmağı, kütləvi köç kimi risklərə qarşı tədbirlər görməyi, Liviya xalqına humanitar yardımların çatmasını təmin etməyi nəzərdə tutur.

Türkiyə Silahlı Qüvvələrinin Liviyadakı vəzifə müddəti bir il olaraq təyin olunub.

Liviyaya göndəriləcək qoşunların sayı Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən müəyyənləşdiriləcək. (Qafqazinfo.az)

Son xəbərlər
Bütün xəbərlər »