Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Keçmiş SSRİ ölkəsi Rusiyadan tarixi torpaqlarını istəyir

Estoniya ilə Rusiya arasında ərazi mübahisələri davam edir. Keçmiş SSRİ ölkəsi yenə tarixi torpaqlarını geri istədiyini bildirib.

Bizimyol.info xəbər verir ki, Estoniya parlamentinin spikeri Xenn Pılluaas bu haqda danışıb. O, 1920-ci ildə imzalanan Tartu müqaviləsinin hüquqi qüvvəsini itirdiyini söyləyib. Həmin müqavilə üzündən Estoniya torpaqlarının bir hissəsini itirmişdi. Spiker razılaşmanın imzalanmasından 100 il keçdiyini vurğulayıb və Rusiyanın estonların ərazi bütövlüyünə hörmət etməli olduğunu deyib.

Tallin, Estoniya Tallin, Estoniya | Foto: Pixabay.com

Tartu müqaviləsi 1920-ci il fevralın 2-də bağlanmışdı. Estoniya onda ərazisinin 2,3 min kvadratkilometrini əldən vermişdi. İndi Baltikyanı ölkə hökuməti tarixi ədalətsizliyi bərpa etmək qərarına gəlib. Rəsmi Kreml isə iddianı qəbuledilməz adlandırır. Rusiyanın Xarici İşlər Nazirliyi belə davranışın ölkələrarası münasibətləri korlaya biləcəyini bəyan edib.

Son xəbərlər
Bütün xəbərlər »