Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
23 dollarlıq hesab üçün 2020 dollar çaypulu verdilər - Video

ABŞ-da “2020 bəxşiş kampaniyası” gözlənilməz istiqamət alıb. Miçiqanın Alpena qəsəbəsində restoranda nahar edən cütlük ofisianta çaypulu kimi 2020 dollar verib.

Bizimyol.info xəbər verir ki, cütlüyün “Thunder Bay River Restaurant”dakı yeməyi cəmi 23 dollar tutub. Amma sosial mediada start verilən kampaniyaya bu şəkildə qoşulmaq qərarına gəliblər.

Ofisiant Danielle Frantsoni ər-arvadın addımından şoka düşüb. O, yayımladığı videoda göz yaşlarını saxlaya bilməyib. “Belə şeylər, adətən, bizim kimi adamların qarşısına çıxmır. Çox böyük işdir”, - 31 yaşlı qadın belə deyib.

Frantsoni özü də kampaniyadan kənarda qalmayıb. Dörd uşaq anası yerli kafelərdən birində başqa ofisianta 20 dollar 20 sent çaypulu verib. Danielle “zənciri qırmaq istəmirəm” deməklə ənənəni davam etdirmək istəyini açıqlayıb.

Son xəbərlər
Bütün xəbərlər »