Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərin Türkiyənin məşhur şousunda aparıcıya sərt reaksiya göstərdi - Video

Türkiyədə kifayət qədər tanınan müğənni Azərin qonaq olduğu Okan Bayülgenin "Muhabbet Kralı" verilişində qəzəblənib.

Türkiyə mətbuatı xəbər verir ki, buna səbəb verilişdə Bayülgenin "Azəri türkcəsi" deməsi olub. Hövsələdən çıxan Azərin aparıcının sözlərinə düzəliş edib:

"Azəri deməyin, Azərbaycan türkcəsi deyin. Bu siyasi bir şəcərədir. Başqa sözlə, siyasi qüvvələrin bizi idarə və bölmək üçün istifadə etdiyi bir üsuldur. Bir ağacın budaqlarını düşünün: Qazax, qırğız, özbək, azərbaycan və türkmən... Hindlilərin də dilində bir çox türk sözləri var. Dünya siyasəti bizi bir-birimizdən ayırdığı üçün coğrafiyamızın adını daşıyırdıq. Azərbaycan xalqı azərbaycanlıdır, amma azəri sözü ilə heç bir əlaqəmiz yoxdur. Biz türkük, dilimiz də türk dilidir".

Qeyd edək ki, verilişdə yaşanan bu olay Türkiyənin bir çox media orqanlarında işıqlandırılıb. Həmyerlimizin vətəninə qarşı göstərdiyi həssaslıq alqışlanıb.

publika.az

Son xəbərlər
Bütün xəbərlər »