Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Uqandalı atlet qələbəsinə sevinəcəyi an uduzub - Video

Uqandalı yüngül atlet Yakob Kiplimo Braziliyada qaçış zamanı sona yaxın qələbəni bayram etməyə başlayıb və uduzub.

Bu barədə NBC məlumat yayıb.

Qeyd edilir ki, o, arxasında keniyalı rəqibi Kibivott Kandinin olmasını nəzərə almayıb. Uqandalı 19 yaşlı atlet finişə çatanda qələbəni bayram etmək üçün əllərini yuxarı qaldıranda məlum olub ki, keniyalı onu ötüb.

Qeyd edilir ki, rəqibinin səhvindən istifadə edərək qalib olan Kandi yeni rekorda imza atıb. O, 15 kilometrlik məsafəni 43 dəqiqədən az müddət ərzində qət edib. Yeni rekord 42 dəqiqə 59 saniyə təşkil edir. Öz növbəsində Kiplimo bu məsafəni 43:00 dəqiqəyə qət edib. (report)

Son xəbərlər
Bütün xəbərlər »