Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pompeo Ukrayna, Belarus və Qazaxıstana səfərini təxirə salıb
ABŞ dövlət katibi Mayk Pompeo Bağdaddakı Amerika səfirliyi yaxınlığında baş verən hadisələrlə əlaqədar Ukrayna, Belarus, Qazaxıstan, Özbəkistan və Kipr səfərlərini təxirə salıb.

Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı açıqlamada deyilir.

“Dövlət katibi Pompeo İraqdakı vəziyyəti izləmək, habelə Yaxın Şərqdəki amerikalıların təhlükəsizliyini təmin etmək məqdəsi ilə Ukrayna, Belarus, Qazaxıstan, Özbəkistan və Kipr səfərlərini təxirə salmağa və Vaşinqtonda qalmağa məcbur olub. Dövlət katibinin səfəri yaxın vaxtların birinəcən ertələnib və o bu səfəri səbirsizliklə gözləyir”, - deyə sənəddə qeyd olunur.

Qeyd edək ki, ABŞ-ın xarici siyasət idarəsi rəhbərinin yanvarın 3-dən 7-dək adı çəkilən ölkələrə səfər edəcəyi nəzərdə tutulmuşdu. (Apa.az)

Son xəbərlər
Bütün xəbərlər »