Sovet dövründən qalan bəzi əşyaların minlərlə dollar qiyməti var. Xüsusilə dəmir pullara maraq böyükdür.
Bizimyol.info xəbər verir ki, bu dəfə nadir sovet ordeni fantastik qiymətə satılır. Birinci dərəcəli Naximov ordeni 176 min dollara satışa çıxarılıb.
1944-cü ildə təsis edilən mükafat İkinci Dünya Müharibəsindən sonra mühəndis-admiral Nikolay Dubrovinə təqdim olunmuşdu. Orden 29 qram qızıldan hazırlanıb, tərkibində yaqut da var.
Bu orden “Pobeda”dan başqa tərkibində qiymətli daş olan yeganə mükafatdır. Birinci dərəcəli Naximov ordeni SSRİ donanmasının 77 zabitinə verilmişdi.