Miladi təqvimi ilə yeni ilin gəlişinin Qərb ölkələrində böyük həyəcanla qeyd olunmasına alışmışıq. Amma Səudiyyə Ərəbistanından heç gözləməzdik.
Bizimyol.info xəbər verir ki, sərt şəriət qanunlarının hökm sürdüyü Asiya ölkəsində yeni ilə böyük coşqunluqla qədəm qoyublar. Paytaxt Ər-Riyadda Səudiyyə Ərəbistanına xas olmayan atışfəşanlıq olub. Ərəblər yeni ilin gəlişini səhərə qədər qeyd ediblər.
Səudiyyə Ərəbistanı zamanla radikal düşüncədən uzaqlaşmaq cəhdləri göstərir. Qadın haqları istiqamətində bir neçə addım atılıb. Şahzadə Məhəmməd bin Salman 1979-cu ilə qədər müşahidə olunan yumşaq İslama qayıdacaqlarına söz verib.