Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyalı ekspert: "Əcnəbilər ilk dəfə Dağlıq Qarabağla bağlı həqiqəti eşitdilər"

Rusiya ilə Azərbaycan arasındakı mövcud münasibətləri müsbət inkişaf vektoruna malik olan güclü strateji tərəfdaşlıq və mehriban qonşuluq əməkdaşlığı kimi xarakterizə etmək olar.

Bunu Trend-ə müsahibəsində Rusiya Siyasi Tədqiqatlar İnstitutu direktorunun müavini, rusiyalı ekspert Darya Qrevtsova deyib.

Rusiyalı ekspertin fikrincə, Rusiya-Azərbaycan münasibətlərinin inkişafının mühüm nəticəsi Rusiya ilə Azərbaycan arasında iqtisadi əlaqələrin sürətlə artmasıdır:

"Rusiyanın Avrasiya İqtisadi Birliyi ölkələri ilə, hətta Qazaxıstan və Belarus kimi ən yaxın müttəfiqləri ilə ticarət dövriyyəsinin təxminən eyni səviyyədə qaldığı bir vaxtda, Rusiya ilə Azərbaycan arasında bu göstərici sürətlə artmaqdadır. Əgər 2018-ci ildə ticarət artımı 18% təşkil edirdisə, 2019-cu ildə bu rəqəm 25-26%-ə çatıb ki, bu da ölkələrimizin iqtisadiyyatının inkişafı üçün vacibdir. Kənd təsərrüfatı sahəsində Azərbaycan-Rusiya əməkdaşlığını da qeyd etmək lazımdır, çünki bu əməkdaşlıq qarşılıqlı fəaliyyətin ən vacib amilidir. 2019-cu ildə Rusiya şirkətlərinin iştirakı ilə Xəzər şelfində ortaq neft-qaz layihələrinin həyata keçirilməsi ilə müsbət nəticələr əldə edildi.

Hərbi-texniki sahədə əməkdaşlıq da bu il uğurla həyata keçirildi, xüsusilə son illərdə nəzərəçarpacaq dərəcədə intensivləşdi. Mən yalnız Rusiya silahlarını Azərbaycanın satın almasını deyil, həm də Azərbaycanın müdafiə potensialını daha da gücləndirməyə imkan verən bundan sonrakı əməkdaşlığı nəzərdə tuturam".

Ekspert qeyd edib ki, ikitərəfli münasibətlərin əsasını Azərbaycan və Rusiya prezidentləri arasında dostluq və tərəfdaşlıq münasibətləri təşkil edir:

"2019-cu ildə Azərbaycan beynəlxalq aləmdəki nüfuzunu daha da möhkəmləndirdi. Bu, çoxlu sayda beynəlxalq forumların keçirilməsində öz əksini tapıb. Bu tədbirlər sayəsində əcnəbilər ilk dəfə Bakı ilə tanış oldular və eyni zamanda Dağlıq Qarabağla bağlı həqiqəti eşitdilər. Azərbaycanın mövqeyi beynəlxalq ictimaiyyətin digər nümayəndələri tərəfindən getdikçə çox anlaşılır. Bu mövqenin bir hissəsi olaraq, Dövlət Dumasının deputatları (Dövlət Dumasındakı hər fraksiya nümayəndələri), Federasiya Şurası, İctimai Palatanın üzvləri və Rusiyanın tanınmış ictimai xadimləri və ekspertlərindən ibarət geniş nümayəndə heyəti tərəfindən ilk dəfə Xocalı qurbanlarının xatirəsinin anmağını hesab etmək olar".

Qrevtsova müharibə cinayətkarı Njdenin qəhrəmanlaşdırılmasının yolverilməzliyi barədə Azərbaycanın cağırışını vacib hesab edib:

"Azərbaycan bu mövzunu qaldıran ilk ölkə idi və Rusiya da bunu dəstəklədi. Nəticədə, Rusiyada Njde, Bandera və başqaları kimi nasist kollaboratsionistlərin qəhrəmanlaşdırılmasının imkan verməməyi tələb edən petisiya üzərində imza toplanmağa başladı. Petisiyada 200 mindən çox imza toplandı, nəticədə Rusiya daxilində qızğın ictimai müzakirə başladı və bunun nəticəsi Armavirdəki Njdenin xatirə lövhəsinin götürülməsi oldu".

Politoloq Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın 2019-cu ilin noyabr ayında Moskvaya ilk rəsmi səfərinin əhəmiyyətini vurğuladı:

"Onun keçirdiyi görüşlərin səviyyəsi son dərəcə yüksək idi. Bu, Mehriban Əliyevanın böyük nüfuzundan və iki ölkə liderləri arasındakı dostluq münasibətlərindən xəbər verir.

Hesab edirəm ki, 2020-ci il Azərbaycan üçün daha da uğurlu olacaq və 2019-cu ildə başlayan bütün planlar yeni ildə həyata keçiriləcək, Rusiya-Azərbaycan münasibətləri iki ölkənin xalqlarının xeyrinə inkişaf edəcək və möhkəmlənəcək".

Son xəbərlər
Bütün xəbərlər »