Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
WhatsApp-a dörd yeni funksiya gəlir

Bu il dünyaca məşhur mesajlaşma tətbiqi WhatsApp-a dörd yeni funksiya əlavə ediləcək.

Bizimyol.info xəbər verir ki, ən son yenilik tətbiqin açılış ekranında “From Facebook” (Facebook-dan) sözünün əlavəsi olub.

Yeni ildən platformaya gələn funksiyalara nəzər salaq;

Silinən mesajlar

Yenilənmə ilə artıq silinən mesajları WhatsApp-da görmək mümkün olacaq. Yeni funksiya ilə istifadəçilər, həmçinin mesajların silinmə vaxtını da planlaya biləcəklər. Vaxt bitdiyində isə mesaj avotmatik olaraq silinəcək. Silmə funksiyasının planlama vaxtları 10 saniyə, 1 dəqiqə, 1 saat və 1 gün olaraq limitlənəcək.

Qaranlıq Mod

WhatsApp üçün gözlənilən Qaranlıq Mod funksiyası də gerçəkləşir. Bu funksiyanı iOS ve Android cihazlarında istəyə görə aktiv ediləcək. Xüsusilə OLED / AMOLED ekranlı telefonlar üçün daha az enerji xərcləməsinə səbəb olan bu funksiya, qaranlıq şəraitdə mesajlaşmanı da asanlaşdıracaq və bu interface modu göz yorğunluğunu da azaldacaq.

Foto axtarışı

WhatsApp-a foto axtarışı funksiyası da gələcək. Yeni funksiya ilə, WhatsApp-dan göndərilən fotolar, Google üzərindən axtarıla biləcək.

Reklamlar

Facebook WhatsApp üzərindən pul qazanmağın yollarını axtarır. Şirkət platformada reklam verməyi ötən ildən planlaşdırır. Paylaşılan məlumatlara görə, WhatsApp hekəyələrində də reklamlar, Instagram platformasındakı kimi görünəcək.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »