Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dövlət Departamenti: "İraqda nümayişçilər ABŞ səfirliyinə daxil ola bilməyiblər"

İraqda nümayişçilər ABŞ səfirliyinə daxil ola bilməyiblər, səfir ölkədən, diplomatlar isə səfirlikdən evakuasiya olunmayıb.

Bu barədə RİA “Novosti”yə Dövlət Departamentinin nümayəndəsi məlumat verib.

“ABŞ işçiləri təhlükəsiz ərazidədir, heç kim səfirliyə daxil olmayıb. Səfirlik üçün təxliyə planları da yoxdur. ABŞ-ın İraqdakı səfiri Metyu Tueller əvvəlcədən planlaşdırılan şəxsi səfərdə olub və onun təxliyə edildiyi barədə məlumatlar həqiqətə uyğun deyil. O, səfirliyə qayıdır”. (Report.az)

Son xəbərlər
Bütün xəbərlər »