Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putinlə Zelenski arasında telefon danışığı olub

Rusiya dövlət başçısı Vladimir Putinlə Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.

Bu məlumatı Kremlin rəsmi saytı yayıb.

Prezidentlər Yeni il və Milad bayramı münasibətilə bir-birini təbrik ediblər. Telefon söhbəti əsnasında Rusiya qazının Ukrayna vasitəsi ilə Avropaya fasiləsiz daşınmasının əhəmiyyəti vurğulanıb.

Rəsmi mənbə aparılan danışıqların konstruktiv xarakter daşıdığını, digər ikitərəfli problemlərin həlli istiqamətində əlverişli şərait yaratdığını qeyd edib.

Xatırladaq ki, Rusiya və Ukrayna beş il müddətinə Rusiya qazının tranzitinə dair müqavilə imzalayıblar.

Ukrayna Prezidenti Vladimir Zelenski özünün “Facebook” səhifəsində yazıb ki, yeni müqaviləyə əsasən, Ukrayna 5 il ərzində azı 7 milyard dollar gəlir əldə edəcək. (Virtualaz.org)

Son xəbərlər
Bütün xəbərlər »