Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Musk açıqlama yaydı: "2-3 aya kosmosa göndərə bilərik"

"SpaceX"in qurucusu Elon Musk 2-3 ay ərzində yeni "Starship" raketini kosmosa göndərəcəyini açıqlayıb.

O yeni raketin görüntülərini Tvitter hesabı üzərindən yayımlayıb.

Musk bu raketin hazırlanması planlaşdırılan 20 fərqli prototipdən biri olacağını bildirib:

"Hazırda "Starship SN1"i hazırlayırıq. SN20-ə yaxud "Starship V1.0"ə qədər təkmilləşdirəcəyimiz hər prototipdə kiçik dəyişikliklər edəcəyik".

Qeyd edək ki, şirkətin hazırladığı ilk prototip "Starship Mk1" noyabrın 20-də Texasda sınaqlar əsnasında partlamışdı. Raketin son versiyasının kosmosa karqo və sərnişin, hətta Marsa insan daşıması planlaşdırılır. Tamamlandıqdan sonra raket 100 sərnişin, eləcə də 100 tona qədər karqo daşıya biləcək. Elon Musk sentyabrda "Starship"i 2020-ci ilin ortalarında kosmosa göndərməyi gözlədiyini və ilin sonuna qədər sərnişinlərin daşınılmasına başlanılacağını bildirmişdi.

Son xəbərlər
Bütün xəbərlər »