Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Britaniyanın açıqladığı məxfi sənəddə gözlənilməz Rusiya təklifi

Böyük Britaniya hökumətinin açıqladığı məxfi sənədlər gözlənilməz məqamları ortaya çıxarıb.

Belə ki, Moskvanın Şimali Atlantika Alyansını genişləndirmək planlarına müqavimətini azaltmaq üçün Britaniyanın Müdafiə Nazirliyi 1995-ci ildə Rusiyanın NATO-ya asossiativ üzvü olmağı təklif edibmiş.

Bu barədə “The Guardian” xəbər yayıb.

Nəşr müdafiə qurumunun o vaxtkı rəhbəri Malkolm Rifkindin xarici siyasətlə bağlı hökumət iclasında ona təqdim edilmiş 10 səhifəlik təklifinə istinad edib. Sənəddə əsasən “NATO-da asossiativ üzvlərin yeni bir kateqoriyası yaratmaq” imkanından danışılır. Vurğulanır ki, bu, NATO Nizamnaməsinin 5-ci maddəsinə uyğun olaraq Rusiyaya kollektiv təhlükəsizlik zəmanətləri verməyəcək, Rusiya Federasiyasının nümayəndələrinin Alyansın Beynəlxalq Hərbi Qərargah iclaslarında iştirak etməsini ifadə etməyəcək və ya NATO qərarlarına veto hüququ verməyəcək.

“Bununla belə, bu, Rusiyaya NATO-da rəsmi status verəcək, onun nazirlik və digər görüşlərdə iştirak etməsinə şərait yaradacaq, (Rusiya) siyasətinin, doktrinasının və təcrübəsinin tədricən yaxınlaşmasına və birləşməsinə şərait yaradacaq”, - deyə sənəddə bildirilir.

Britaniya Müdafiə Nazirliyinin hesabatına görə, İttifaqın (NATO) işlərində Moskvanın bu cür iştirakı, “ən başlıcası, Rusiyanın qəzəb və qisası olmadan genişlənmənin davam etməsinə imkan verən məqbul bir zəmanət təmin edərdi”.

Yuxarıda göstərilən sənədlərə görə, Rusiya Federasiyasının assosiativ üzvlüyü NATO-ya Ukrayna, Baltikyanı ölkələr, Belarus və Moldova kimi ölkələrlə strateji əlaqələr qurmağa daha çox kömək edəcəkdi.

Keçmiş nazir təşəbbüsünün həyata keçməsə belə, Rusiya-NATO Şurasının yaradılmasına səbəb olduğunu etiraf edib. (Oxu.az)

Son xəbərlər
Bütün xəbərlər »