Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
FIFA oyundankənar vəziyyət qaydasını dəyişmək istəyir

Futbolda oyundankənar vəziyyətin müəyyənləşdirilmə qaydası tezliklə dəyişikliklərə məruz qala bilər.

"The Times" nəşrinin verdiyi məlumata görə, hazırda FIFA ofsaydı üzə çıxarmağın yeni yolunu nəzərdən keçirir.

Artıq oyunçu rəqibə nəzərən bütün bədəni ilə qapıya yaxın olacağı təqdirdə qayda pozuntusu qeydə alınacaq.

Lakin potensial yeniliyə münasibətdə ali futbol qurumunun özündə də mövqelər fərqlidir. Çoxları ehtiyatlanır ki, qaydalardakı dəyişikliklərdən sonra hücumçular müdafiəçilər qarşısında əhəmiyyətli üstünlük qazanacaqlar və oyunda balans pozulacaq. FIFA dəyişikliyə qərar versə, futbol qaydalarına cavabdeh olacaq Beynəlxalq Futbol Assosiasiyaları Şurasına (IFAB) müraciət etməli olacaq. IFAB isə yeniliyi sınaqdan çıxarmalı olacaq. Nəticə uğurlu olsa, bu, oyun qaydalarına daxil ediləcək.

Qeyd edək ki, ofsaydın müəyyənləşdirilmə qaydası sonuncu dəfə 1990-cı ildə dəyişikliyə məruz qalıb. Bunadək oyunçu rəqiblə eyni xətdə olduqda ofsayd sayılırdı.

Son xəbərlər
Bütün xəbərlər »