Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Whatsapp köhnə versiya telefonlarda işləməyəcək
vatsapp-stock-photo1

31 dekabr tarixindən etibarən dünyanın ən məşhur mesajlaşma tətbiqlərindən olan Vatsap milyonlarla telefonda çalışmayacaq.

Bu barədə Vatsap şirkəti özü məlumat yayıb. Bildirilir ki, "Windows Mobile"a aid olan smartfonlarda Vatsap çalışmayacaq.

Bundan əlavə, "iOS 7" və digər aşağı versiya əməliyyat sistemlərində çalışan "iPhone" modellərində də bu tətbiqi istifadə etmək mümkün olmayacaq.

"Android"də isə 2.3.7 versiyası və digər aşağı versiya əməliyyat sistemləri "WhatsApp"ı dəstəkləməyəcək. Bu "Android" sistemlər üçün Vatsap dəstəyinin dayandırılması 1 fevral 2020-ci ildə baş verəcək.

Burada bir məqamı qeyd etmək lazımdır. Vatsap dəstəyinin dayandırılması istehlakçıların bu proqramdan istifadə edə bilməyəcəyi anlamına gəlmir.

Yəni, bu tətbiqi yüklədiyiniz köhnə bir cihazınız varsa, göstərilən tarixlərdən sonra Vatsapdan istifadə etməyə davam edə biləcəksiniz. Ancaq bir çox funksiya məhdudlaşdırılacaq.

Vatsap rəsmiləri göstərilən əməliyyat sistemlərində vaxt itirmək əvəzinə daha müasir versiyalar üzərində işləmək istəyirlər.

Paylaş »
››› Daha 5 məntəqənin seçki nəticələri ləğv edilib
››› Ziya Məmmədova ağır itki üz verib
››› Azərbaycana idxal edilən tütün məmulatları ilə bağlı yeni qərar
››› Haftarın ordusu Türkiyə gəmisini vurdu
››› Kəmaləddin Qafarovun dairəsi ilə bağlı qərar verildi
Son xəbərlər
Bütün xəbərlər »